“Həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə açılacaq”- PREZİDENT AÇIQLADI
    • 7-05-2020, 13:32
    • 705

“Həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə açılacaq”- PREZİDENT AÇIQLADI

“Yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” telekanalına verdiyi müsahibəsində bildirib. 

Dövlət başçısı qeyd edib ki, yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır: “Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır”.