Uhanda koronavirusa görə ikinci xəstəxana tikildi
    • 8-02-2020, 12:59
    • 1 110

Uhanda koronavirusa görə ikinci xəstəxana tikildi

Çində koronavirusa görə qısa müddətdə tikilən ikinci xəstəxana da istifadəyə verilib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Artıq Uhan şəhərindəki "Leyşenşan" ikinci ixtisaslaşdırılmış xəstəxanasına tibb işçilərinin birinci qrupu çatıb və xəstələri qəbul etməyə hazır olduqları bildirilib. Qeyd edilib ki, yalnız diaqnozu təsdiqlənən xəstələr buraya yerləşdiriləcəklər. 

Yoluxucu xəstəliklər xəstəxanası 79 min kv m. ərazidə yerləşir, əksəriyyəti xəstələr üçün ayrılıb, ərazidəki 10 bina tibb işçiləri və maddi-texniki təminat üçün nəzərdə tutulub.

Ümumilikdə həkimlər üçün 6 nəfərin yerləşə biləcəyi hər birində üç çarpayı, kondisioner, televizor, digər elektrik cihazları, ayrıca tualet və duş olan 264 otaq hazırlanıb.

Son məlumatlara görə, xəstəxana hər bir palatada 1500 çarpayının yerləşdirildiyi 32 hissəyə bölünüb. Həmçinin ağır xəstələr 2 nəfərin yerləşdirilə biləcəyi hissə ayrılıb.

Xəstəxanaya iki minə yaxın həkim xidmət edəcək.