-
- 19-10-2018, 13:02
- 752
Paytaxt yollarında yalnız özünü düşünən sürücülər – VİDEO
Günün istənilən vaxtında başqalarını nəzərə almayaraq, saymayıb avtomobilini istədiyi yerdə saxlayan sürücülər ictimai nəqliyyatın, hətta piyadaların belə hərəkətinə maneə yaradır.
ARB TV News24.az-a xəbər verir ki, xüsusən axşam, iş saatı bitəndən sonra bu tip sürücülər paytaxtın yollarında əməlli-başlı xaos yaradırlar, bir neçə zolağ zəbt edilir və nəticədə uzun-uzadı tıxaclar yaranır.
Maşınlarını nizamsız və qanunsuz parklayan taksi sürücülərinin avtobus dayanacağında müştəri axtarışı ictimai nəqliyyatın hərəkətinə böyük maneələr yaradır. Qanunla maşını avtobus dayanacaqlarından 15 m kənarda saxlamaq olar.
Minim maşınının sürücü: “Dayanacaq boşdur deyə saxlamışam”.
Avtobus sürücüsü: “Bu tıxac intervala çox böyük təsir edir. Pik saatlarda 20-30 dəqiqə gecikirik”.
Günün pik saatlarında nəqliyyatın axınının çox olduğu ərazilərdə xaotik vəziyyətin aradan qaldırılması üçün işlər görülsə də, bu hələ də nəticəsiz qalır.
Polis: “Vətəndaşlar çıxır yolda gözləyir avtobusu. Nə qədər deyirik arxaya çəkilsinlər, çəkilmirlər”.
Yol polisinin məlumatına görə, yaranan acınacaqlı vəziyyət Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov, Bəxtiyar Vahabzadə, Abbas Mirzə Şərifzadə və Qutqaşınlı küçələri, eləcə də Qara Qarayev prospektində müşahidə olunur. Bu da yollarda hərəkətin sürətinin saatda 20 km qədər azalmasına səbəb olur.