Bir çörəyin SİRRİ - FOTOLAR
    • 7-05-2020, 22:44
    • 1 138

Bir çörəyin SİRRİ - FOTOLAR

Türkiyənin Van şəhərində çörəkçi İsmail Şit atası ilə birlikdə dünyanı silkələyən koronavirus şəklində çörək bişirib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bunu sosial məsuliyyət üçün etdiyini və virusa daha çox diqqət çəkmək istədiyini söyləyib: “Düşünürəm ki, hamı oxşar sosial araşdırmalar aparmalıdır. Məqsədimiz epidemiyanın daim insanların yaddaşında olmasını, sosial məsafəyə daha həssas olmasını və bu tətbiqlə maska taxmağını təmin etməkdir”.