Bu bir cizgi filmi deyil, REAL HƏYATDIR! - FOTOLAR
    • 9-05-2020, 01:00
    • 2 138

Bu bir cizgi filmi deyil, REAL HƏYATDIR! - FOTOLAR

Türkiyənin Dənizli şəhərində koronavirus ərəfəsində maraqlı toy baş tutub.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, epidemiya səbəbindən toylarını təxirə salan Emre və Selin Taşbaş cütlükləri “Daş dövrü” cizgi filminin əsas personajları olan Fred və Vilma geyimlərinə bənzər paltar geyinərək nigah mərasimlərinə qatılıblar.

Xüsusi günlərinə sevinc qatmaq üçün belə bir konsepsiya qurduqlarını söyləyən cütlük toy mərasimlərinin sadə olmasını istəmədiklərini dilə gətiriblər: “Biz də hər kəs kimi evlənmək istəyirdik. Çox təəssüf ki, koronavirus səbəbindən toyumuz təxirə salındıq. Unudulmaz günümüzü bu cür əbədiləşdirmək istədik. Həyatımızın tarixinə çox əyləncəli bir gün buraxdıq. Dostlarımız və qohumlarımız bu geyimlərimizə görə çox sevindilər. Hər kəsdən çox gözəl reaksiya aldıq”.
 
Qeyd edək ki, cütlüyün  toyunda sosial məsafə qaydalarına ciddi şəkildə diqqət yetirilib.