"Sevgi yalnız bu deyil..." -  Sevda ilk dəfə onunla FOTOSUNU PAYLAŞDI
    • 8-05-2020, 12:58
    • 1 238

"Sevgi yalnız bu deyil..." - Sevda ilk dəfə onunla FOTOSUNU PAYLAŞDI

Bir müddət öncə nişanlanan müğənni Sevda Yahyayevadan yeni xəbər var.

News24.az xəbər verir ki, ifaçı ilk dəfə gələcək həyat yoldaşı ilə fotosunu paylaşıb bunları yazıb: "Sevgi nəyə deyirsən sən? Hər kəs bu sözün mənasını özünəməxsus şəkildə dərk edir. Kimsə onu arzulayır, kimsə inkar edir... Amma bunlara baxmayaraq, hamı məhz onun axtarışındadır. İnsan onsuz yaşaya bilmir. Bəzən biz ondan qaçır, bəzən isə qəbul etmirik. Məncə sevgi bir insanın başqa birinə hiss etdikləridir. Bunu sözlərlə ifadə etmək olmur. İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir. Sanki sən yenə qanadlanmış və dağları belə yarmağa hazırsan. Lakin sevgi yalnız bu deyil... Bu həmçinin qayğı, dözüm, qarşılıqlı anlamaq, sevinc və hətta kədərdir. Sevginin mahiyyəti sevdiyini olduğu kimi, yəni bütün mənfi və müsbətləri ilə qəbul etməkdir. Görünür ki, sevgi bir sirrdir və bu sirri heç kim hələ çözə bilməyib. Bunu mən belə anlayıram - sevgi biganəlik deyil. Sən bu istini, sevinci hiss etdikdə anlayırsan ki, onunla keçən hər saniyə boş itirilmiş zaman deyil. Sən ona yaxşılıq və hər zaman xoşbəxtlik arzulayırsan, kömək etmək istəyirsən - mən buna sevgi deyirəm".

Sevda Bayramova