-
- 8-05-2020, 12:06
- 759
“Şuşanın simvolu olan heykəllər Şəhidlər Xiyabanına qoyulsun” QƏNİRƏ PAŞAYEVA
"Biz inanırıq ki, Ali Baş komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik”.
News24.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. O bildirib ki, bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir:
“Bu gün şəhidlərimizi rəhmət və sayğı ilə anıram. Şuşanın simvolu Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri erməni vandallığının qurbanıdır. Çox istərdim ki, bu abidələr ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Bulvara qoyulsun. Buranı da kifayət qədər çox turist ziyarət edir. İnanıram ki, Nazirlər Kabineti bu təklifə reaksiya verəcək. Bununla bağlı bir çox həmkarlarımızın da təklifləri olub”.