Qatar 16 işçinin üzərindən keçdi - DƏHŞƏTLİ ÖLÜM
    • 8-05-2020, 12:09
    • 641

Qatar 16 işçinin üzərindən keçdi - DƏHŞƏTLİ ÖLÜM

Hindistanda dəhşətli ölüm hadisəsi baş verib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki,  evlərinə gedən 20 miqrant işçi Evrengabad şəhərindəki dəmir yolunun üzərində bir müddət dincəlmək üçün yatıblar. Bu zaman gələn yük qatarı relslərdə yatmış miqrant işçiləri görməsinə baxmayaraq dayana bilməyib. Hadisə nəticəsində 16 miqrant ölüb. 

Polisin verdiyi açıqlamada miqrant işçilərin komendant saatı səbəbiylə qatarın gəlməyəcəyini düşündükləri üçün relslərdə yatdıqları bildirilib. 

Hadisə ilə əlaqədar istintaq başladılıb.