Hindistanda qatar onlarla insanın üstündən keçdi
    • 20-10-2018, 10:20
    • 787

Hindistanda qatar onlarla insanın üstündən keçdi

Hindistanda qatar onlarla adamı vuraraq öldürüb. Ğlən insanların sayı 60-a çatıb. Hadisə Daşar bayramı ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib. İstisna deyil ki, insanlar yanan fişənglər üzündən dəmir yolu xəttinə çıxıblar və bu zaman qatar altında qalıblar. Digər versiyaya görə, onlar bayram şənliyini dəmir yolu xəttində duraraq izləyiblər.
Hadisə nəticəsində 70-dən çox adam xəsarət alıb. 
Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi dəyərləndirilir.
//oxu.az