Şahzadə Harri və həyat yoldaşının 18 milyonluq malikanəsi İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ - FOTO
    • 8-05-2020, 12:25
    • 816

Şahzadə Harri və həyat yoldaşının 18 milyonluq malikanəsi İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ - FOTO

Mart ayında qəfil qərarla İngilis Kral Ailəsindəki bütün vəzifələrini sona çatdıran Megan Markl və şahzadə Harri ABŞ-da yaşamağa başlayıblar.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, cütlük hazırda Kaliforniya ştatında amerikalı aktrisa Tayler Perriyə məxsus 18 milyon dollarlıq bir malikanədə yaşayırlar. 

Məlumata görə, 22 hektar ərazidə inşa edilən Tuskan tipli malikanənin 8 yataq otağı və 12 vanna otağı var. Sözügedən malikənini cütlük üçün təşkil edən şəxsin aktrisa T.Perrinin yaxın dostu, ABŞ televiziya aparıcısı Oprah Uinfrey ola biləcəyi bildirilib.

Şahzadə və həyat yoldaşının əmlakı icarəyə götürdükləri və ya qonaq olaraq qaldıqları bilinmir. Mülkiyyətin satışı barədə hər hansı məlumat qeydə alınmayıb.