"190 manat"lar NEÇƏ AY VERİLƏCƏK?-RƏSMİ
    • 8-05-2020, 13:25
    • 802

"190 manat"lar NEÇƏ AY VERİLƏCƏK?-RƏSMİ

"Aprel ayında birdəfəlik ödəniş alan şəxsin may ayında işləmək imkanı yaransa, onun işsiz kimi qeydiyyatı dayandırılır və məşğul şəxs hesab edilir. O səbəbdən də vətəndaşa ikinci ay üçün 190 manat birdəfəlik ödəmə verilməyəcək".


News24.az-ın xəbərinə görə,"Yeni TV"yə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu barədə məlumat verib. O qeyd edib ki, rəsmi işsiz şəxslərin yeni sayı ilə bağlı Dövlət Statistika Komitəsi ilə danışıqlar gedir və yekun rəqəmlər bəlli olduqdan sonra təqdim olunacaq. 

Nazir müavininin sözlərinə görə, 190 manatlıq ödənişin iki aylıq verilməsi nəzərdə tutulur: "Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq karantin müddəti uzadılarsa, növbəti aylarda da ödənişin verilməsi məsələsinə baxıla bilər. Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir. Hazırda karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldıla-azaldıla gedir”.