-
- 8-05-2020, 14:30
- 716
Putin Qələbənin 75-ci ildönümü ilə bağlı Azərbaycan Prezidentini və xalqını TƏBRİK ETDİ
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya dövlətinin başçısı vurğulayıb ki, ölkələrimizdə cəbhədə cəsarətləri və arxa cəbhədə göstərdikləri fədakarlıqla ümumi ortaq sərvətimizə çevrilən nasizm üzərində qələbəyə kömək edən qəhrəmanların xatirəsini müqəddəs şəkildə ehtiramla yad edilir: "İndiki nəsillərin müqəddəs vəzifəsi saysız-hesabsız qurbanlar və məhrumiyyətlər bahasına, doğma torpaqlarının azadlığını müdafiə edənlərin əziz xatirələrini əbədi qorumaqdır. Dəyərli veteranlarımızı diqqət və qayğı ilə əhatə etməkdir".
Prezident, həmçinin Böyük Vətən Müharibəsi nəticələrinin yenidən yazılması üçün edilən cəhdlərə, faşistlər və onların silahdaşları tərəfindən törədilən qeyri-insani cinayətlərin üstünü örtmək istəyənlərə qətiyyətlə müqavimət göstərmək lazım olduğunu bildirib.
O, atalar və babaların döyüşlərinin ümumi bir xatirəsinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın konstruktiv inkişafına, eyni zamanda koronavirus pandemiyası kimi müasir çağırışlara və təhdidlərə qarşı mübarizədə tərəfdaşlığa töhfə verəcəyinə inandığını bildirib.
Rusiya dövlətinin başçısı bütün Böyük Vətən Müharibəsi veteranlarına, partizanlara və cəbhəçilərinə səmimi minnətdarlıq sözlərini çatdırıb, cansağlığı, xoşbəxtlik, firavanlıq və uzun ömür arzu edib.