-
- 9-05-2019, 13:38
- 1 203
Millət vəkili Rəşad Mahmudov veteranlarla görüşüb
Bu gün dünyanın bir çox ölkələrində 9 May- faşizm üzərində Qələbənin növbəti ildönümü qeyd olunur. Hər il olduğu kimi, yenə də ölkəmizdə bu günün qəhrəmanları Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə şücaət göstərmiş, təəssüf ki, sıraları ilbəil azalan veteranlardır.
News24.az xəbər verir ki, Milli Məclisin üzvü Rəşad Mahmudovun Astara rayonunda yaşayan veteranlarla görüşündə də Azərbaycan xalqının ön və arxa cəbhədə misilsiz qəhrəmanlıq nümunələri göstərdiyi vurğulanıb. Qələbənin 74-cü ildönümü münasibətilə müharibə iştirakçlarını təbrik edən R. Mahmudov bildirib ki, bu qanlı savaşda 640 mindən çox azərbaycanlı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub.Göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib.
Millət vəkili qeyd edib ki, Böyük Vətən müharibəsi iştirakçılarının sosial durumunu diqqətdə saxlayan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır: onların yaşa görə pensiyalarına əlavələr var, prezident təqaüdü alırlar, əlillər mənzil və avtomobillə təmin edilir, həmçinin, digər sosial qayğıları dövlət hesabına həll olunur. Bununla yanaşı, hər il 9 May - Qələbə günü ərəfəsində ölkə Prezidentinin imzaladığı sərəncamla sağ qalan Böyük Vətən müharibəsi iştirakçılarına və həlak olan, vəfat edənlərin həyat yoldaşlarına yüksək məbləğdə birdəfəlik maddi yardım ayrılır. Bu insanlara dövlət qayğısının artırılmasını zəruri edən, sadəcə, onların müharibə iştirakçısı və ya əlil olması, yaxud göstərdikləri şücaət deyil, həm də sağ qalan veteranların ahıl yaşda olmasıdır. Belə ki, bu müharibədə iştirak etmiş ən gənc insanın yaşı indi 90-ı ötüb. Buna görə də dövlətimiz onlara həm də Azərbaycanın ən yaşlı insanları kimi xüsusi diqqət göstərir.
Astara müharibə veteranları veteranları millət vəkili Rəşaf Mahmudovla keçirilən görüşdən məmnunluqlarını ifadə edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.