Ekspres avtobuslar fəaliyyətini DAVAM ETDİRƏCƏK - BNA
    • 8-05-2020, 16:13
    • 685

Ekspres avtobuslar fəaliyyətini DAVAM ETDİRƏCƏK - BNA

"M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək".

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilən ekspres xətlərin iş qrafikində də hər hansı bir dəyişiklik edilməyib. Hər hansı dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

Bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq.