Azərbaycanda ağır yol qəzası-ölən və yaralananlar var
    • 26-09-2018, 11:42
    • 1 526

Azərbaycanda ağır yol qəzası-ölən və yaralananlar var

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
Hadisə rayonun Sarıcalar yolu ərazisində qeydə alınıb.
 
İlkin məlumata görə, “Jeep” markalı avtomobil qarşıdan gedən “Qazel” markalı avtomobilə çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini, 1986-cı il təvəllüdlü Bayramov Təbriz Əlzakir oğlu hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb.
 Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 

//Report.az