Qubada baş verən qəzada 6 nəfər xəsarət ALDI - YENİLƏNİB
    • 1-08-2019, 16:17
    • 943

Qubada baş verən qəzada 6 nəfər xəsarət ALDI - YENİLƏNİB

Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Hadisə rayonun Qələdüz kəndi ərazisində baş verib.

Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının önündə gedən "Niva" markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ-2107" markalı avtomobil çırpılıb. Nəticədə, 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

//Report.az



***15:55

Qubada 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində xəsarət alan 6 nəfər, Üçgün kənd sakinləri - 1966-cı il təvəllüdlü Qənbər Babayev, 1966-cı il təvəllüdlü Sahibə Babayeva, Küpçal kənd sakinləri - Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov, Qələdüz kənd sakinləri - Təranə Əlixanova, 1992-ci il təvəllüdlü Tərlan Əlimirzəyev Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. S.Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi davam etdirilir. //APA