Ötən il aliment borcunu ödəməyən 2011 nəfər HƏBS EDİLİB
    • 8-05-2020, 17:57
    • 888

Ötən il aliment borcunu ödəməyən 2011 nəfər HƏBS EDİLİB

2019-cu il ərzində yerli icra qurumlarının icraatında alimentin tutulması ilə bağlı 92.350 icra sənədi olub.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, bu dövrdə aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 2.011 şəxs inzibati qaydada həbs edilib. 
2019-cu il ərzində aliment borcu ilə əlaqədar yeri məlum olmayan 3.509 şəxs axtarışda olub. 2019-cu ilin sonuna isə icraatda 80.673 aliment işi qalıb. /APA/