-
- 31-10-2019, 01:36
- 768
Aliment borcu olduğu üçün özünü bıçaqladı
Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayılov Ramin Çingiz oğlu bədəninin müxtəlif yerlərinə bıçaqla xəsarət yetirib.
Çoxlu qan itirən R.İsmayılov xəsətəxanaya çatdırılsa da həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Onun aliment borcu olduğundan canına qəsd etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.