-
- 9-05-2020, 11:36
- 815
"ASAN xidmət" əməkdaşları QAN VERDİ - FOTO
8 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı şəhərindəki, eyni zamanda Gəncə, Bərdə, Quba, Kürdəmir və Şəki regional “ASAN xidmət” mərkəzlərində qanvermə aksiyaları təşkil olunub.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı və təşəbbüsü ilə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş aksiyalar Dövlət Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Məqsəd hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərmək, onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Aksiyalarda “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri, həmçinin vətəndaşlar iştirak ediblər.
“ASAN xidmət” vasitəsi ilə cəmiyyətdə sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə mütəmadi bu cür aksiyalar və digər tədbirlər reallaşdırılır.