Yoxlayacağıq dedilər, yoxlamadılar - BAKI METROSU 38 GÜN SONRA - VİDEO
    • 9-05-2020, 12:24
    • 1 369

Yoxlayacağıq dedilər, yoxlamadılar - BAKI METROSU 38 GÜN SONRA - VİDEO

Bu gün səhər 06:00-dan etibarən “Bakı Metropoliteni” fəaliyyətini bərpa edib. 

38 günlük fasilədən sonra yenidən sərnişinlərin istifadəsinə verilən Bakı metrosunda bəzi məqamlar diqqət çəkib. 

News24.az-ın apardığı müşahidələrə görə, metronun “Koroğlu”  stansiyasından istifadə edənlər rahat şəkildə metroya daxil ola bilirlər. Bu zaman onların nə hərarəti ölçülür, nə də icazə ilə bağlı sənədləri yoxlanılır. 

Eyni zamanda stansiyanın daxilində yerlərdə sosial məsafə ilə bağlı xüsusi stikerlər yapışdırılıb. 

Qaratların içində isə yanaşı oturmağa icazə verilmir. Oturacaqlarda sosial məsafəni saxlamaq üçün bir oturacaqdan bir xəbərdarlıq yazısı yapışdırlıb. 

Metro istifadəçilərinin əməl etdiyi qayda isə maskalarla bağlıdır. Belə ki, sərnişinlərin hər biri tibbi maskadan istifadə edirlər. 

Qeyd edək ki, ötən Nazirlər Kabineti yanın Operativ Qərargahın brifinqində metrodan istifadə zamanı tibbi maskadan istifadənin məcburi olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, maskaların metro girişlərindəki apteklərdə və səyyar olaraq satışı həyata keçiriləcək. 

Metrodan istifadə etmək istəyənlərin isə mütləq "icaze.e-gov.az", şirkətin işçiyə təqdim etdiyi xüsusi icazə sənədi və sms icazəsinin olmasının vacibliyi vurğulanıb.

Teymur Məmmədov