Sabah güclü YAĞIŞ YAĞACAQ
    • 9-05-2020, 12:54
    • 654

Sabah güclü YAĞIŞ YAĞACAQ

Milli Hidrometeorologiya Xidməti mayın 10-da gözlənilən hava şəraitini açıqlayıb.

News24.az- ın Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən verdiyi məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90% təşkil edəcək. 

Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 8-13, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz  7-11 dərəcə isti olacaq.