"Avropada 1,6 milyon insan virusa yoluxub, 150 min nəfər ölüb" - ÜST
    • 9-05-2020, 17:42
    • 800

"Avropada 1,6 milyon insan virusa yoluxub, 150 min nəfər ölüb" - ÜST

"COVID -19 pandemiyasının Azərbaycanda yayılmasının qarşının alınması məqsədi ilə görülən işlər bizi sevindirir". 

News24.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Beynəlxalq müstəvidə mübarizədə ilk günlərdən ÜST ilə qarşılıqlı əməkdaşlıq edir: "Bundan başqa, Azərbaycan koronavirusla mübarizədə ilk dəfə 5 milyon manat yardım edib. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirik".

H. Harmancı deyib ki, Avropada 1,6 milyon insan virusa yoluxub, 150 min nəfər ölüb: “Dünyada pandemiya əsas səhiyyə xidmətlərinə ciddi şəkildə zərər vurur. ÜST Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, ÜST bir sıra qərarlar qəbul edib, həssas ölkələrlə əməkdaşlığı gücləndirəcək. ÜST pandemiya ilə əlaqədar əhalinin sağlamlığını təmin etmək üçün ölkələri əlavə vasitələrlə təmin edəcək. Biomedikal avadanlıqlara çıxışın təmin edilməsi üçün tərəfdaşlarla əməkdaşlıq davam etdiriləcək. ÜST laboratoriya sahəsində əlaqələndirməni davam etdirəcək. İctimai səhiyyə sahəsində də ÜST ölkələrə yardım göstərəcək. ÜST davamlı riskləri idarə etmək üçün ölkələrə yardım edəcək. Ölkələrin testlərlə təmin edilməsinə də dəstək göstəriləcək”.

Teymur Məmmədov 
Foto: Fərid Şabanov