-
- 25-04-2020, 00:31
- 1 138
Dünyada daha 81,5 mindən çox insan virusa yoluxdu - ÜST
Dünyada koronavirusa yoluxma hallarının sayı 2 626 321-ə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün son məlumatına görə, dünyada 181 mindən çox insan COVID-19 pandemiyasının qurbanı olub.
Qeyd edilir ki, son bir gün ərzində dünyada 6 260 nəfər koronavirus infeksiyasının qurbanı olub, daha 81 529 nəfər virusa yoluxub.
Koronavirusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 284 216 nəfər COVID-19 daşıyıcısıdır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report/