Göygöldə evdə partlayış OLDU - XƏSARƏT ALAN VAR
    • 9-05-2020, 23:50
    • 1 092

Göygöldə evdə partlayış OLDU - XƏSARƏT ALAN VAR

Göygöldə evdə partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Qırıxlı  kəndində qeydə alınıb. 

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub. Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub. 

Fakt araşdırılır.