Boris Consonun koronavirusla bağlı məktubları SATIŞA ÇIXARILDI
    • 10-05-2020, 09:14
    • 850

Boris Consonun koronavirusla bağlı məktubları SATIŞA ÇIXARILDI

Britaniyanın baş naziri Boris Consonun martın sonunda koronavirusa görə evdə qalmaqla bağlı hər ailəyə göndərilmiş məktubları satış üçün internetə çıxarılıb.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb. Nəşrin məlumatına görə, “eBay” saytında baş nazirin yüzdən çox məktubunu almaq olar. Qiymət 5 funtdan 1 000 funta qədər dəyişir.

Qeyd edək ki, Boris Conson məktublarında britaniyalılardan evdə qalmağı və ictimai yerlərdə sosial məsafə saxlamağı xahiş edirdi. Boris Conson özü də koronavirusa yoluxub. O, aprelin 6-da xəstəxanaya yerləşdirilib. Britaniyada koronavirusa 215 min nəfər yoluxub, 31 min insan COVID-19-un qurbanı olub. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.