İŞİD İraqda partlayış TÖRƏTDİ
    • 10-05-2020, 09:00
    • 770

İŞİD İraqda partlayış TÖRƏTDİ

İraqda İŞİD terrorçuları tərəfindən qoyulmuş bombanın partladılması nəticəsində bir neçə nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə yerli polisinin rəhbəri Hüseyn Əli "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, hadisə Səlahəddin əyalətinin Tuzxurmatu rayonunda baş verib. Bomba polislərin olduğu avtomobillərin keçdiyi yolun kənarına qoyulub. Partlayış nəticəsində 4 polis əməkdaşı yaralanıb.