Ermənistan silahlı bölmələri atəşkəsi 26 dəfə POZDU
    • 10-05-2020, 10:08
    • 554

Ermənistan silahlı bölmələri atəşkəsi 26 dəfə POZDU

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

News24.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.