"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır" -  BŞİH başçısı
    • 10-05-2020, 10:30
    • 854

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır" - BŞİH başçısı

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır".

News24.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq".