MTRŞ-nın "Lider TV"dəki MƏSƏLƏYƏ MÜNASİBƏTİ:
    • 11-05-2020, 13:56
    • 908

MTRŞ-nın "Lider TV"dəki MƏSƏLƏYƏ MÜNASİBƏTİ: "Bizə aid deyil"

"Bu mövzu haqda heç nə deyə bilmərəm". 

Bu sözləri "Lider" Televiziyasının bütün əməkdaşlarının işdən çıxarılması barədə yayılan məlumatla bağlı News24.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib. 

Qurum rəsmisi bildirib ki, sözügedən problem birbaşa kanalın öz ilə bağlıdır: "Bu mövzu haqda heç nə deyə bilmərəm, çünki bizə aid deyil. Bu məsələ bütün hallarda MTRŞ-nın səlahiyyətində deyil".

Qeyd edək ki, sözügedən kanal əməkdaşlarının bildirdiyinə görə, onlar öz hesablarına üç aylıq məzuniyyətə çıxıblar, amma üç ay sonra yenidən öz işlərinə qayıdacaqlar. Buna səbəb isə sponsorlu verilişlərin telekanalın yayımından götürülməsi olub. Televiziyanın bütün əməkdaşları sözügedən kommersiya layihələrindən maaş alırdı.