Lider Televiziyası yayımını bərpa ETDİ
    • 7-05-2020, 12:13
    • 692

Lider Televiziyası yayımını bərpa ETDİ

Lider Televiziyası yayımını bərpa etdi.

News24.az xəbər verir ki, bir neçə dəqiqə öncə telekanal 1 saatlıq cərimədən sonra yenidən fəaliyyətə başladı.

Xatırladaq ki, ötən gün MTRŞ sözügedən televiziyanın yayımının bir saatlıq dayandırılması haqda qərar qəbul etmişdi. Buna səbəb 3 may 2020-ci il tarixdə “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması olub. Bununla da “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub.

Sevda Bayramova