Bu şəxs 15 ildir ki, mağarada YAŞAYIR - FOTOLAR
    • 11-05-2020, 18:58
    • 885

Bu şəxs 15 ildir ki, mağarada YAŞAYIR - FOTOLAR

Türkiyənin Mersin ərazisində 64 yaşlı Zekai Fırat 15 ildir ki, mağarada yaşayır. 

News24.az xəbər verir ki, Mersində mağarada yaşayan qoca, “harada yaşadığım deyil, necə yaşayıram” deyərək həyatını 15 ildir bu şəkildə keçirdiyini bildirib.  

Sarımsaq, qulançar, qara çuğunduru sataraq pul qazanan və ömrünün çox hissəsini təbiətdə keçirən Zekai Fırat, qocalar evində qeydiyyatda olduğunu, ancaq orada qalmaq istəmədiyini bildirib. 

Səbəbini isə belə izah edib: "İnsanların həyatı dörd divar arasında qısaldılıb. Təbiət insan həyatı üçün çox vacibdir. Çünki, təmiz hava sağlamlığa şox yaxşıdır. Əgər bağı olmayan bir yer yoxdursa, mən orada əsla qala bilmərəm. Dağın başındakı kiçik bir çuxur olsa belə, mənim üçün üç-dörd ağac kifayətdir. Mənim üçün önəmli olan harada yaşadığım deyil, necə yaşamağımdır. Daha çox insanların olduğu yerdə yaşamağı sevmirəm".