-
- 12-05-2020, 14:08
- 893
"EuroHome"dakı yanğın 7 milyon ZƏRƏRLƏ - HADİSƏ YERİNDƏN ÖZƏL
"Ötən ilin dekabrında baş verən yanğında yüz min dollar ziyan dəymişdi. İndi isə 512 min dollar ziyana düşdüm".
News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu sözləri ötən gün axşam saatlarında "EuroHome" tikinti bazarında baş verən yanğında zərərçəkən Xaliq Haqverdiyev deyib. O qeyd edib ki, yanğın zamanı Bakıda olmayıb: "Beyləqan rayonunda idim. Zəng edib dedilər ki, mağazan yanır, tez gəl. Mən gələndə daha olan olmuşdu".
X.Haqverdiyev mallarının sığortalı olmadığını da bildirib: "Dekabrdakı yanğında yanan mallarım sığortalı idi, bu isə yox. Çünki, heç bir sığorta şirkəti "EuroHome"dakı mağazaları sığortalamır".
"EuroHomde"da zərərçəkən mağaza sahiblərinin bildirdiyinə görə, hadisədə bazardakı ən böyük mağazalar yanıb. Hesablamalara görə, bu dəfə yanğında 7 milyona yaxın ziyan dəyib.
Teymur Məmmədov
FOTO/VİDEO: Fərid Şabanov