5 ayda 2 dəfə kül olan "EuroHome" - VİDEOREPORTAJ - FOTOLAR
    • 12-05-2020, 16:53
    • 1 302

5 ayda 2 dəfə kül olan "EuroHome" - VİDEOREPORTAJ - FOTOLAR

Ötən ilin dekabr ayında 2 hektar ərazisi yanan “EuroHome”  tikinti bazarında növbəti dəfə yanğın baş verib. 

Bu dəfə bazarda böyük mağazaların olduğu ərazi yanıb. Mağaza sahiblərinə dəyən ziyan isə özlərinin dediklərinə görə, 7 milyon dollar dəyərindədir. 

Tikinti bazarında olduğumuz müddət ərzində o da bəlli oldu ki, yanan mağazalar sığorta edilməyib. Buna səbəb isə dekabr ayında baş verən yanğından sonra sığorta şirkətlərinin “EuroHome”ni təhlükəli ərazi kimi qeydə almasıdır. 

Bazarda mağaza işlədən Xaliq Haqverdiyev ona 512 min dollar ziyan dəydiyini bildirib: “Bir neçə ay öncə baş verən yanğında mənə yüz min dollar dəyərində ziyan dəydi. İndi isə beş yüz on ikimin dəyərində malım yandı. Ötən dəfə mağaza sığortalı idi, amma indi deyil. Ümumiyyətlə sığorta şirkətləri “EuroHome”a gəlməkdən imtina edirlər”.

X.Haqverdiyev bildirib ki, yanğın zamanı mağazada təxminən 13 min manat pul da olub. 

Yanğından əziyyət çəkən digər mağaza sahibi ona dəyən zərərin 200 min manatdan artıq olduğunu vurğladı. 

Fövqəladə Hallar Nazirliyindən isə tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır. 

News24.az-ın yanğın yerindən hazırladığı reportajı təqdim edirik:

Teymur Məmmədov
Foto/Video: Fərid Şabanov