"Onun üçün çox darıxmışam" - SEVDA YAHYAYEVA
    • 12-05-2020, 14:08
    • 1 278

"Onun üçün çox darıxmışam" - SEVDA YAHYAYEVA

"Çox sevinirəm ki, internet dövründə yaşayırıq. Nişanlımla tez-tez görüntülü danışıram. Əsas dualarımız tezliklə hər şeyin ən yaxşı olmasındadır. Şəxsən mən indi həyatın, yaşamağın nə qədər gözəl, sağlamlığın nə qədər vacib olduğunu anlayıram. Düzdür, evdə arada çox darıxıram, amma bacardığım qədər başımı işlə qatıram". 

News24.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. O, karantin günlərindən danışıb: "Karantin fürsət yaratdı. Çoxdan mütaliə etmək istədiyim kitabları oxuyub, izləmək istədiyim filmləri seyr edə bildim. Əvvəllər bunları etməyə vaxtım olmurdu. Düşünürəm ki, karantində gözəl mahnılar, şeirlər yazılacaq, yaradıcı insanların gözəl əsərləri meydana çıxacaq. İşim, səhnə üçün çox darıxmışam".

Sevda Bayramova