"İzləyicilərim, tamaşalarım üçün çox darıxmışam" - FİRƏNGİZ MÜTƏLLİMOVA
    • 10-04-2020, 12:11
    • 988

"İzləyicilərim, tamaşalarım üçün çox darıxmışam" - FİRƏNGİZ MÜTƏLLİMOVA

Xalq artisti Firəngiz Mütəllimova "İnstagram"da izləyicilərinin suallarını cavablandırıb.  

News24.az xəbər verir ki, aktrisa karantin günlərini evdə necə keçirməsindən danışıb: "Yemək bişirməkdən əllərim "oboy"u vurulmamış divara dönüb. Evləri təmizləmirəm, əlim gəlmir iş görməyə. Nə yerdəyəm, nə göydə. Karantin günlərində bilmirəm nə edim. Elə darıxıram çəkilişlər, tamaşalar, izləyicilərim üçün...Küçəyə çıxmaq üçün darıxmışam".

Sevda Bayramova