Neft tankerində yanğın 7 ÖLÜ, 22 YARALI
    • 12-05-2020, 17:50
    • 590

Neft tankerində yanğın 7 ÖLÜ, 22 YARALI

İndoneziyanın Şimali Sumatra əyalətində neft tankeri Jag Leela'ya açılan yanğın nəticəsində ən azı 7 heyət üzvü ölüb və 22 nəfər yaralanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İndoneziyanın Medan şəhərindəki Belavan limanında baş verib. Axtarış-xilasetmə qrupu göyərtədə olmaq üzrə gəminin müxtəlif yerlərində cəsədlər aşkarlayıblar.

Axtarış-xilasetmə qrupu üzvünün sözlərinə görə, yalnız ölənlərdən yalnız birinin şəxsiyyəti müəyyənləşdirilib. Ehtimal olunur ki, yanğın zamanı qurbanlar gəminin içərisinə bağlı vəziyyətdə qalıblar.

Şimali Sumatra polisinin nümayəndəsinin sözlərinə görə, axtarış əməliyyatı hələ davam etdiyi üçün qurbanların sayı arta bilər. Yanğının səbəbi araşdırılır.