Türkiyənin limitli turizmi başlayır - NƏLƏRİ BİLMƏLİYİK?
    • 13-05-2020, 12:26
    • 915

Türkiyənin limitli turizmi başlayır - NƏLƏRİ BİLMƏLİYİK?

Türkiyədə sosial məsafəli tətilə start verilir.

News24.az NTV-tə istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Bildirilib ki, yemək masaları arasında 1,5 metr məsafə olacaq. Bu məsafə hovuz kənarındakı çətirlər, şezlonqlara da aid ediləcək. 

Müştərilərinə açıq büfet təklif etmək istəyən istirahət mərkəzləri xüsusui qoruyucu barierlərdən istifadə edəcəklər və yemək onlara işçilər tərəfindən verililəcək. 

Hovuz suyunun və dəniz ətrafının təmizliyi mütləq hal alacaq. Açıq hovuzlrda xlorun miqdarı 1-3 ppm arası, qapalı hovuzlarda isə 1-1,5 ppm arası olmalıdır. 

Mümkün dərəcədə təmassız ödəmə üsuluna üstünlük veriləcək. 

İstirahət mərkəzlərində uşaqlar üçün ayrılmış əyləncə yerləri, luna parklar xidmətə açılmayacaq. 

Hamam, sauna və SPA mərkəzləri xüsusi sertifikat olmadığı halda iftifadəyə açılmayacaq. 

Ümumi məkanlarda (tualetlərdə) avtomatik qapılardan istifadə ediləcək. 

Menülər müştərilərdən sonra mütləq şəkildə alkoqol tərkibli maddə ilə dezinfeksiya edilməlidir. 

İdman zalları rezerv edilmə yolu ilə istifadəyə açılacaq. Həmçinin istirahət mərkəzi eyni anda zaldan istifadə edənlərin sayına limit tətbiq edəcək. 

Ümumi istifadə zonalarında yerləşdirilən çay, su və.s içki aparatları yığışdırılacaq və ya servis məkandakı işçilər tərəfindən həyata keçiriləcək. 

Yemək salonlarında, hovuz kənarında, şirniyat mağazasında, bar, diskoteka kimi yerlərdə sosial məsafə ilə bağlı bildirişlər yerləşdiriləcək və məkana girişə limit qoyulacaq.