Xaricdən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI
    • 13-05-2020, 17:18
    • 602

Xaricdən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Qlobal pandemiya şəraitində başqa ölkələrlə bütün əlaqələr dayandırıldı. Bu müxtəlif çətinliklərə səbəb olub, amma bununla belə vətəndaşlarımızın ölkəmizə gətirilmısi istiqamətində işlər görülür. 

News24.az xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 4-17 may ərzində "Evə gəlirəm" portal vasitəsilə azərbaycanlıların gətirilməsi təmin olunub. İrandan 94 azərbaycanlı gəlib.

Daşkənddən 50 nəfər, 11 mayda 52 nəfər Litvadan, Minskdən 12 azərbaycanlı, İstanbuldan 212 nəfər, Kiyevdən 198 azərbaycanlı gətirilib: "Evə gedirəm" portalı ilə daha 540 vətəbdan ölkəmizə gətirilib. Gətirilən vətəndaşlar karantin rejimində saxlanıb". 

Afaq Mirayiq