Orta məktəblər və uşaq bağçaları AÇILIR
    • 13-05-2020, 21:41
    • 695

Orta məktəblər və uşaq bağçaları AÇILIR

Pekində koronavirus (COVID-19) infeksiyasına görə bağlanan orta təhsil müəssisələrində və uşaq bağçalarında tədris iyun ayından başlayaraq tədricən başlayacaq.

News24.az xəbər verir ki, bunu Pekinin təhsil komitəsinin rəsmisi Li İ deyib. Belə ki, iyunun 6-dan etibarən, epidemioloji vəziyyət nəzərə alınaraq, abituriyentlər istəsələr təhsillərini davam etdirə bilərlər. İyunun 1-dən ibtidai və orta sinif şagirdlərinin bəziləri üçün, digərləri üçün isə 8 iyun tarixlərində dərslər başlayacaq. Bundan əlavə, 8 iyun tarixindən etibarən uşaq bağçaları tədricən açılmağa başlayacaq. Valideynlər övladlarını dərsə göndərib-göndərməməyi ilə bağlı özləri qərar verəcəklər.

Xatırladaq ki, Çindəki qış tətilindən sonra tədrislər fevralın 16-da başlamalı idi. Lakin COVID-19 epidemiyası səbəbindən bütün təhsil müəssisələrində dərslər dayandırılmışdı.