Çində məktəblərdə dərslər qismən bərpa edildi
    • 28-04-2020, 00:12
    • 838

Çində məktəblərdə dərslər qismən bərpa edildi

Çinin paytaxtı Pekində və ən böyük şəhəri Şanxayda on minlərlə şagird yenidən dərsə başlayıb.

News24.az “İnterfaks”a istinadən xəbər verir ki, Pekində bu il qəbul imtahanlarına hazırlaşan buraxılış siniflərində, Şanxayda isə orta məktəb və liseylərdə tədris qismən bərpa edilib.

Koronavirus epidemiyasının start götürdüyü uhanda isə məktəblər mayın 6-da açılacaq.

Qeyd edək ki, Çində koronavirus epidemiyası səbəbindən tədris müəssiələri fəaliyyətini yanvarda dayandırıb.