Mənzilləri qarət edən şəxslər TUTULDU
    • 15-05-2020, 20:21
    • 546

Mənzilləri qarət edən şəxslər TUTULDU

Abşeron rayonunda 20 mənzili qarət edən şəxslər tutulub.

News24.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Bərdə rayon sakinləri Elçin Mirzəyev və Vüsal Həsənov saxlanılıb.

Onlar Masazır kəndi, “Qurtuluş” yaşayış massivi və Mehdiabad qəsəbəsi olmaqla, ümumilikdə 20 evdən oğurluq ediblər. Qarətçilər özləri ilə məişət əşyaları, su mühərriki, təmir-tikinti və elektrik avadanlıqları, eləcə də digər qiymətli əşyalar aparıblar.

Saxlanılan Vüsal Həsənov ev ustasıdır və onu bu işə Elçin Mirzəyev təhrik edib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir./APA /