Beş evdən oğurluq edən ŞƏXSLƏR TUTULDU
    • 22-01-2020, 14:57
    • 1 366

Beş evdən oğurluq edən ŞƏXSLƏR TUTULDU

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən 270 manat, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Abasov və N.Məmmədov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 həyətyanı sahədən su mühərriki, 2 avtomobildən güzgü və maqnitofon, habelə N.Mustafayevanın içərisində ərzaq məhsulları və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşayev saxlanılıb.