-
- 27-09-2018, 11:42
- 1 902
Bu gün Dünya Turizm Günüdür
Bu gün Dünya Turizm Günü və Azərbaycanda Turizm işçiləri günüdür.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə “Turizm işçiləri günü” kimi qeyd olunur.
Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.
Qeyd edək ki, dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılmışdır. Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd olunur. Bu tarix 1970-ci ildə BMBTT-nin Nizamnaməsinin qəbul olunduğu gündür. Bu nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqqında məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.
Bu bayram turizm sahəsində çalışan bütün turizm şirkətlərinin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyəti – peşəkar səviyyədə rahat və təhlükəsiz istirahəti təmin edən hər bir kəsin bayramıdır.
Azərbaycanda bu sahədə yeni fəaliyyətə başlayan və əmin addımlarla irəliləyən "Liatris" Turizm şirkəti turizm sahəsində çalışan və səyahət etməyi sevən hər kəsi Turizm Günü münasibətilə təbrik edir.