-
- 17-06-2019, 11:58
- 959
Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb
İyunun 17-də Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb.
Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib.
37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi tədbir 18 iyunadək davam edəcək.
Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, təşkilatın İcraiyyə Şurasının sədri Çarls Banda və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər.
Qonaqları salamlayan Fuad Nağıyev son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədirlər barəsində məlumat verib.
Turizmdə etik normaların vacibliyindən danışan Fuad Nağıyev Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Agentlik sədri BMT-nin Ümumdünya Turizm Təşkilatının "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnamə layihəsi ilə bağlı qərarını yüksək qiymətləndirərək, qərarların tövsiyə xarakterli deyil, məcburi qüvvədə olmasının məqsəduyğunluğunu bildirib.
Ümumdünya Turizm Təşkilatının 158 üzvü var. Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub. Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbuletmə prosesində fəal iştirak edir.
Xatırladaq ki, 2018-ci ildə İspaniyanın San-Sebastian şəhərində keçirilmiş BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) İcraiyyə Şurasının 108-ci sessiyasında 110-cu sessiyanın Azərbaycanda keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.