84 yaşlı dilənçinin üzərindən çıxanlar hamını heyrətə saldı
    • 27-09-2018, 12:00
    • 830

84 yaşlı dilənçinin üzərindən çıxanlar hamını heyrətə saldı

Diyarbakırda polislər tərəfindən  keçirilən əməliyyatda  yaşlı dilənçinin üzərindən 7 min lirə pul çıxıb.

News24.az xəbər verir ki, onun əlindəki çantada isə üzərində 50 və 100 lirə yazılmış cəmi 6 min 150 lirə saxta pul aşkarlanıb.
84 yaşlı  qoca kişi saxlanılıb.

Üzərində olan saxta pulları hardan aldığı sualına o, “bilmirəm” cavabını verib.

Polislər belə insanlara aldanıb pul verməmək barəsində yerli xalqa xəbərdarlıq edib.

Şəlalə Ağayeva