Azərbaycanlı qadın evli ola-ola türkə ərə getdi- VİDEO
    • 30-10-2018, 16:52
    • 1 802

Azərbaycanlı qadın evli ola-ola türkə ərə getdi- VİDEO

Türkiyənin Sivas şəhərində yaşayan 32 yaşlı  İsmayıl Doğan, 2 ay öncə evləndiyi Azəri gəlin 10 illik evli çıxıb. 

News24.az xəbər verir ki, qohum tövsiyyəsinə qulaq asan İsmayıl, 3 min lirə başlıq pulu ödəyərək azərbaycanlı 26 yaşlı G.Daşdəmirova ilə  dini nigahla ailə qurub. İsmayıl Doğan nigahı rəsmiləşdirmək istəyəndə isə G.Daşdəmirova əvvəlcə sənədlərində problem olduğunu deyib, daha sonra pul oğurlayaraq qaçıb. 

Arvadından şikayətçi olan İsmayıl, polisə verdiyi açıqlamada “ 2 ay  bir yerdə qaldığımız müddətdə  hər gün məndən pul tələb edirdi, evdən qaçarkən 60 min lirə pulumu oğurlayaraq qaçıb” deyib. 

Məsələ polis tərəfindən araşdırıldıqdan sonra G.Daşdəmirovanın 10 illik evli olduğu məlum olub.

Sözegedən qadın saxlanılıb.

Qeyd edək ki, İsmayıl  ailə quran zaman avtomobilin üzərinə “Türkiyədə yox idi, Azərbaycandan aldım” yazdırıb.

Şəlalə Ağayeva