Bakıda evdə 85 yaşlı qadının MEYİTİ TAPILDI
    • 16-05-2020, 12:00
    • 869

Bakıda evdə 85 yaşlı qadının MEYİTİ TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

FHN-dən News24.az verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Lobaçova Yekatrina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.