Bakıda mənzildə qadın meyiti AŞKARLANDI
    • 11-04-2020, 01:38
    • 968

Bakıda mənzildə qadın meyiti AŞKARLANDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Əhmədova Bahar Rəcəbalı qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.