Kəbədə AÇILIR
    • 16-05-2020, 17:00
    • 581

Kəbədə AÇILIR

Səudiyyə Ərəbistanında koronavirus pandemiyasından sonra Məscidi Haram və Məscidi Nəbəvinin açılması üçün son hazırlıqlar görülür.

News24.az dünya mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında tətbiq edilmiş xüsusi karantin rejimi tədricən yumşaldılır.

Ölkənin Texniki və Xidmət İşləri Nazirliyinin yaydığı açıqlamada Kəbə və Həcəril Əsvəddə həyata keçirilən sterilizasiya və təmizlik işlərinin aparıldığı bildirilib.

Eyni zamanda,Məscidi Haram və Məscidi Nəbəvinin girişinə ən müasir texnologiya ilə hazırlanan sterilizasiya qapıları qoyulub.

Xüsusi olaraq hazırlnan sterilizasiya qapıları məscidlərə gələnləri dezinfeksiya edir, 5 metr uzaqlıqdan temperturunu müəyyən edir, eyni vaxtda bir neçə nəfərin temperaturunu ölçür.

Qapılarda ağıllı izləmə kameraları da yerəşdirilib. Məscidlərə gələnlər bu qapılardan keçir.