Abşeronda yanğın hadisəsi BAŞ VERİB
    • 16-05-2020, 18:07
    • 676

Abşeronda yanğın hadisəsi BAŞ VERİB

Abşeronda evdə yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.